Azərbaycanda itkin düşmüş 12 yaşlı oğlanın dənizdə batdığı məlum olub
- 06.08.2015, 14:38,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Onun meyiti tapılaraq sudan çıxarılıb
Azərbaycanda itkin düşmüş şəxsin dənizdə batdığı məlum olub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də Sumqayıt şəhərindəki dəniz çimərliyində Abşeron rayon sakini, 12 yaşlı Anar Baxşəliyev itkin düşüb.
Araşdırmalar zamanı A.Baxşəliyevin çimərkən boğulması müəyyən edilib və avqustun 5-də onun meyiti tapılaraq sudan çıxarılıb.