UEFA Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçıları müəyyənləşib
- 06.08.2015, 14:40,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasının pley-ofa mərhələsində çıxış edəcək klubların tam siyahısı müəyyənləşib. APA-nın məlumatına görə, III təsnifat mərhələsinin 15 qalibi yarışa pley-offdan başlayacaq 5 komandaya qoşulub.
Bu 20 klubdan 10-u öz ölkəsinin çempionu, 10-u isə yüksək reytinqli çempionatların təmsilçiləridir. Avqustun 7-də baş tutacaq püşkatma öncəsi bu komandalar səbətlərə də bölünüb. Hər iki “onluq” əmsalına görə iki hissəyə ayrılıb. Azərbaycan çempionu “Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirində mübarizədən kənarlaşdıran Şotlandiyanın “Seltik” klubu çempionlar yolunda səpələnən komandalar arasında yer alıb.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar
Səpələnmişlər
“Bazel” (İsveçrə)
“Seltik” (Şotlandiya)
APOEL (Kipr)
BATE (Belarus)
"Dinamo" (Zaqreb, Xorvatiya)
Səpələnməmişlər
“Makkabi” (Təl-Əviv, İsrail)
“Partizan” (Serbiya)
“Malmö” (İsveç)
“Skenderbeu” (Albaniya)
“Astana” (Qazaxıstan)
Qeyri-çempionlar
Səpələnmişlər
“Mançester Yunayted” (İngiltərə)
“Valensiya” (İspaniya)
“Bayer” (Almaniya)
“Şaxtyor” (Ukrayna)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
MOİK (Rusiya)
“Latsio” (İtaliya)
“Brügge” (Belçika)
“Monako” (Fransa)
“Rapid” (Avstriya)