"Qəbələ"dən növbəti qələbə, "İnter" dayandı
- 07.08.2015, 01:16,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Trend-in məlumatına görə, "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda 1:1 hesabı ilə bərabərə qaldığı "Apollon" (Kipr) klubunu qəbul edib.
Azarkeşlər uzun müddət oyunda qol görməyiblər. Lakin 80-ci dəqiqədə Cavid Hüseynov hesabı açıb - ilk oyunda olduğu kimi, penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.
Oyunun 90+1-ci dəqiqəsində Ürfan Abbasov qırmızı vərəqə alaraq meydanı tərk edib.
Oyunda başqa qol qeydə alınmayıb.
Beləliklə, "Qəbələ" növbəti - IV təsnifat mərhələsinə yüksəlib. Xatırladaq ki, bu mərhələdə "Qarabağ" da mübarizə aparacaq.
Digər təmsilçimiz "İnter" isə turnirdə mübarizəni dayandırıb. Belə ki, ilk oyunda səfərdə "Atletik" (Bilbao) klubuna 0:2 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Bakıdakı cavab görüşündə də ispanlara güc gələ bilməyib - 0:0.