UEFA Çempionlar Liqasında pley-offun cütləri müəyyənləşib

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya qrup mərhələsinə düşmək uğrunda mübarizəni davam etdirən 20 klub qatılıb.


Bunlardan 15-i III təsnifat mərhələsində qalib gəlibsə, digər 5-i yarışa pley-offdan qoşulanlardır. Nyondakı tədbirdə bu 20 klub 10 cütlük təşkil edib.


Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar
“Astana” (Qazaxıstan) - APOEL (Kipr)
“Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Malmö” (İsveç)
“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) - “Partizan” (Serbiya)

Qeyri-çempionlar
“Latsio” (İtaliya) - “Bayer” (Almaniya)
“Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)
“Sportinq” (Portuqaliya) - MOİK (Rusiya)
“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)
“Monako” (Fransa) - “Şaxtyor” (Ukrayna)
Şərhlər
İdman bölməsinin xəbərləri