"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edilib

“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.

Bunu APA-ya açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub", -deyə N.Paşayev vurğulayıb.


***

“"28 may" və “İçərişəhər” xəttində tuneldəki su axıntısında nisbətən artma müşahidə olunub. Hər hansı bir problemlə qarşılaşmamaq üçün xətdə gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb”.

Bunu APA-ya açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayevin sözlərinə görə, “Həzi Aslanov” – “Dərnəgül” xətti ilə hərəkət edən qatarlarda hər hansı bir problem yoxdur, normal qaydasında hərəkət edir.

““Həzi Aslanov” - “İçərişəhər” xətti ilə hərəkət edən qatarlar isə “Nizami” stansiyasında geri qayıdırlar. “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən sərnişinlər “28 May” stansiyasına kimi gedə bilərlər. Hal-hazırda iş gedir, yaxın müddətdə biz hərəkəti bərpa edəcəyik. Bu elə bir ciddi problem və qeyri-adi hadisə deyil. Hər hansı hadisənin baş verməməsi üçün bunu etməli idik. Su axıntısının gəldiyi yerlərdə hal-hazırda işlər aparılır ki, onun qarşısı alınsın. Bir saata kimi hərəkət bərpa olunmalıdır. Tuneldə heç kim qalmayıb, qatarlar tam vaxtında çıxarılıb, stansiyalara giriş yoxdur”, - N.Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hal-hazırda axıntısının artmasının səbəbi araşdırılır: “Su axıntısının qarşısını almaq üçün 24 saat ərzində nasoslar işləyir. Problem araşdırıldıqdan sonra nasosların sayını artıra da bilərlər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri