ABŞ "Vımpelkom", MTS və "TeliaSonera"nın 5 ölkədəki aktivlərini həbs etməyi tələb edir

ABŞ-ın Ədliyyə Nazirliyi "Vımpelkom", MTS və "TeliaSonera" şirkətlərinin İrlandiya, Lüksemburq, Belçika, İsveç və İsveçrədəki aktivlərini həbs etməyi tələb edir.

APA "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb adıçəkilən şirkətlərin adlarının Özbəkistanda korrupsiya qalmaqalında hallanmasıdır.

Ümumilikdə, şirkətlərin adıçəkilən ölkələrdə 1 mlrd. dollarlıq aktivlərinin həbs olunması tələb olunur. ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, "Vımpelkom", MTS və "TeliaSonera"nın İrlandiya, Belçika və Lüksemburqda 300 mln. dollar, İsveçdə 30 mln. dollar və İsveçrədə 640 mln. dollar həcmində aktivlərin həbs olunması tələb olunur.
Şərhlər
Dünya bölməsinin xəbərləri