Azərbaycanda poçt şöbələri vasitəsilə kreditləşmə mexanizmi hazırlanır
- 15.08.2015, 15:15,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC tərəfindən kreditləşmə xidmətlərinin genişləndirilməsi məsələsi işçi qaydada Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bank tərəfindən nəzərdən keçirilir.
Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib.
O bildirib ki, layihənin reallaşdırılması üçün adıçəkilən dövlət qurumlarının dəstəyi mühüm əhəmiyyət daşıyır: “Hazırda poçt operatoru tərəfindən kreditləşmə xidmətlərinin göstərilməsi məsələsi ilə bağlı müəyyən təkliflər planı hazırlanır. Son təkliflər işlənib hazırlanandan sonra layihə hökumətə təqdim ediləcək”.