Çimərlik fotoları: Rəqsanə, Xatirə və Ülvira
- 16.08.2015, 14:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir müddət öncə Aygün Kazımova və Röya Ayxan ayaqlarının fotosunu paylaşmış və sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlərə məruz qalmışdılar.
Live.az xəbər verir ki, buna baxmayaraq daha bir neçə müğənni bu trendə quşulub.
Müğənni Xatirə İslam sosial şəbəkədə çimərlik geyimindəfotosunu paylaşıb.
“Özümə söz verdim ki, daha heç nəyə əsəbiləşməyəcəm. Üç insanın yas mərasiminə getdim, hamısı da infarkdan ölüb. Axı niyə mən bu qədər əsəb keçirdib, tez məhv olmalıyam? Görəsən, hamının inanıb, iş tapşırdığı insanlar onu belə aldadır? Başına oyun açır, yoxsa tək mənimkilərdir? Görəsən, mənim başıma bir iş gəlsə, o adamlar kimi aldadacaqlar? Heç olmasa məni qoruyub, axıra kimi aldadıb, pulumu yeyələr də” sözlərini yazıb.
Sənət aləminin tanınmış simaları sosial şəbəkədə istirahətlərinin hər anını əks etdirən paylaşımlar edir. Qızmar yayın dadını sərin sularda çıxaran məşhurlar arasında müğənni Rəqsanə İsmayılova da var.
İfaçı ayaqlarının şəklini və eyni zamanda çimərlik geyimindəki fotolarını İnstaqram səhifəsində paylaşıb.
ANS-in aparıcısı Ülvira Qarayeva da ayaqlarını nümayiş etdirən məşhurlar sırasına qoşulub.
Aparıcı sosial şəbəkədə paylaşdığı şəklə “Günəş bizə başqa seçim qoymur” şərhini yazıb.