Metropoliten “Bakıkart”ın üzərindəki yazıya münasibət bildirib
- 18.08.2015, 13:35,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Növbəti kartlarda bu səhvlər olmayacaq"
""Bakıkart"ın üzərindəki yazılar səhvdir və bunu heç kim inkar etmir”.
Bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O, səhvin aradan qaldırılacağını bildirib: "Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq".
Qeyd edək ki, bu günə qədər artıq 150 minə qədər kart satılıb.
Xatırladaq ki, “Bakıkart”ın üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. “Alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.