Tibbi ekspertiza: Boris Berezovskinin ölümünə boğulma səbəb olub

Tibbi ekspertiza: Boris Berezovskinin ölümünə boğulma səbəb olub Boris Berezovskinin cəsədinin tibbi ekspertizasının nəticələrinə əsasən, onun ölümünə boğulma səbəb olub, lakin zorakılıq əlamətlərini müəyyən etmək mümkün olmayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər agentliyi Londonun Temz Velli polis idarəsinə istinadən məlumat verir.

"Cəsədin yarılmasının nəticələrinə görə, ölümün səbəbi boğulma olub. Bununla yanaşı, ekspertiza mübarizənin olmasını təsdiqləyə biləcək heç bir şey müəyyən etməyib", məlumatda deyilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri