FHN Azərbaycanda güclü küləyin vurduğu ziyanı araşdırır

FHN Azərbaycanda güclü küləyin vurduğu ziyanı araşdırır İyunun 3-də axşam saatlarında Azərbaycanın bəzi şəhər və rayonlarında güclü qərb küləyi qeydə alınıb.


Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatıb.


İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri