Çempionlar Liqasının pley-of mərhələsinin növbəti oyunları keçirilib

UEFA Çempionlar Liqasının pley-of mərhələsinin növbəti oyunları keçirilib. APA-nın məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.

Albaniya “Skenderbeu”su öz meydanında “Dinamo” Zaqrebi qəbul edib. Xorvatiyalılar səfərdə qalbi gəlib.

3-cü təsnifat mərhələsində çempionumuz “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Seltik” isə “Malmö”nü qonaq edib. Şotlandiyalılar ilk oyunda 3:2 hesablı qələbə qazanıb.

“Şaxtyor” Avstriyada “Rapid”ə qalib gəlib.

Günün mərkəzi oyunu isə İspaniyada baş tutub. “Valensiya” "Monako" ilə qarşılaşıb. Meydan sahibləri 3:1 hesab ilə qələbə qazanıblar.

UEFA Çempionlar Liqası
Pley-of mərhələsi



“Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2
Qol: Şkembi, 37 - Soudani, 67, Pivariç, 90+3

“Seltik” (Şotlandiya) - “Malmö” (İsveç) - 3:2
Qol: Qriffits, 3, 62, Biton, 10 - Berget, 52, 90+5

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) - 2:2
Qollar: Delqado, 39, Embolo, 88 - Zehavi, 31, 90+6

“Rapid” (Avstriya) - “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Marlos, 44

“Valensiya” (İspaniya) - “Monako” (Fransa) - 3:1
Qol: Rodriqo, 4, Parexo, 59, Fequli, 86 - Pasaliç, 49
Şərhlər
İdman bölməsinin xəbərləri