Barak Obama: Böyük investisiyalar Azərbaycan resurslarına beynəlxalq bazarlara çıxmağa kömək edəcək
- 04.06.2013, 18:48,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük investisiyalar Azərbaycan resurslarına bir neçə il sonra beynəlxalq bazarlara çıxmağa və enerji təchizatını sabitləşdirməyə kömək edəcək ki, bu da Azərbaycana energetika sahəsində müstəqilliyini və iqtisadi inkişafını möhkəmləndirməyə kömək edəcək. Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
Obama təbrik məktubunda bildirib: "Mən, Cənab Prezident Sizə və Azərbaycan Respublikası xalqına ən xoş arzularımı çatdırıram".
ABŞ Prezidentinin sözlərinə görə, Azərbaycanla onun beynəlxalq tərəfdaşları arasında güclü əlaqələri böyük enerji layihələrinə gətirib çıxarıb, həmçinin Azərbaycanı dünya bazarlarına əhəmiyyətli neft tədarükçüsünə və region üçün vacib qaz mənbəyinə çevirib: "Növbəti illər ərzində "Şahdəniz" layihəsinin ikinci mərhələsinin işlənilməsi və reallaşdırılması planlaşdırılan Trans Anadolu Qaz Boru Kəmərinin Azərbaycanın Avropaya böyük qaz təchizatçısı olmasını yaxınlaşdıracaq".
ABŞ Prezidentinin göndərdiyi məktubda bildirilir: "Azərbaycanın neft sərvətləri şaxələndirilən iqtisadiyyatın inkişafını dəstəkləməyə, qanunun aliliyini möhkəmləndirməyə, Azərbaycan xalqının həyat səviyyəni yüksəltməyə kömək edəcək. Xahiş edirəm bilin ki, Azərbaycan ABŞ kimi etibarlı tərəfdaşa malikdir. Və mən gözləyirəm ki, bizim əməkdaşlığımız uzun illər davam edəcək".