"Qəbələ" Avroliqanın qrup mərhələsinə yüksəlib

"Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb

Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. APA-nın məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb.

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırıb. Səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun nümayiş etdirən komanda oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, "Qəbələ" tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.


Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşması olub.




UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust

"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2
QOLLAR: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60
Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
İlk oyun – 0:0
Şərhlər
İdman bölməsinin xəbərləri