Gəncədə sərxoş oğlan özünü bıçaqlayıb
- 04.06.2013, 18:54,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə qohumunun toyundan çıxan şəxs şadlıq sarayının qarşısında özünü bıçaqlayıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə 1989-cu il təvəllüdlü Valeh Qurbanov sol döş qəfəsinin iki yerindən daxilə keçən kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan V. Qurbanovu dindirmək mümkün olmasa da, onun yaxın qohumları polisə bildiriblər ki, bıçaqlanan şəxs öz dayısı oğlunun toyunda iştirak edib və sərxoş vəziyyətdə şadlıq sarayının qarşısına çıxaraq üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib.
Bıçaq maddi sübut kimi polis tərəfindən götürülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsindən araşdırma aparılır.