Gülay Zeynallı pal-paltarını satmağa hazırlaşır

Müğənni Gülay Zeynallı xeyriyyə məqsədi ilə satışa çıxardığı geyimlərinin aqibətindən danışıb.

Sənətçi “Star life” verilişində bu aksiyanı davam etdirəcəyini bildirib:

“Sosial şəbəkəyə yerləşdirilən geyimlərin hamısı satılıb. Amma insanların tələbatı var. Maraq böyük oldu. Hazırda başım klip çəkilişinə qatışıb. İşlərim bitdikdən sonra yenidən xeyriyyə aksiyası ilə məşğul olacam və başqa geyimlər satışa çıxaracam".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri