“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr təyin olunub
- 31.08.2015, 15:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azər-Türk” Bank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni sədr təyin olunub.
Bankdan “APA-ya verilən məlumata görə, bu barədə qərar bankın bu gün keçirilən səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilib. Belə ki, bu vəzifəyə 02 sentyabr 2014-cü il tarixdən “Azər-Türk Bank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Fərhad Adıgözəlov təyin olunub.
Qeyd edək ki, F. Adıgözəlov 22 iyul 2015-ci tarixdən “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Bundan başqa, Bankın yerli struktur bölmələri üzrə də, yeni kadr təyinatları olub. Belə ki, Bankın yeni açılmış “Yasamal” filialına müdir vəzifəsinə Gözəlov Adil Firuddin oğlu təyin olunub, “Gəncə” fililialının müdiri vəzifəsinə Hüseynov Anar İsmayıl oğlu təsdiqlənib və “Mərkəz” filialının müdiri vəzifəsinin icrası isə müvəqqəti olaraq müdir müavini Babayev Turab Ələmşah oğluna həvalə edilib.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur və dövlətə məxsus səhmlərin saxlayıcısı Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2009-cu il tarixli 144 nömrəli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Maliyyə Nazirliyi iştirak edir.