Azad Rəhimov: “Gənclər üçün ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir”
- 04.06.2013, 19:03,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Gənclər üçün ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu Şirvanda vətəndaşları qəbul edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən 35 yaşına qədər olan gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsinə baxılır: “Növbəti sosial ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir və düşünürəm ki, bu məsələ öz həllini tapacaq”.