Siyəzəndə tonqala düşüb yanan 3 qızdan biri ölüb

Mart ayının 20-i Siyəzən rayonunda bayram tonqalına yıxılan 3 qızdan biri dünyasını dəyişib. APA-nın verdiyi məlumata görə, 14 yaşlı Aysel Yarıyeva aldığı xəsarətlərdən bu gün ölüb.



Qeyd edək ki, bayram günü Siyəzən rayon sakinləri bacılar Aysel, Leyla Yarıyeva və 14 yaşlı Türkan Nəsibova bayram tonqalına düşüb. Onlar dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onlara yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan onlar Bakıdakı 5 saylı Xəstəxanaya aparılıb. Bu gün orada müalicə alan 14 yaşlı A. Yarıyeva dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri