Təhsil naziri Mikayıl Cabbarov İsveç, Polşa və Macarıstanın Azərbaycandakı səfirləri ilə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov İsveç, Polşa və Macarıstanın Azərbaycandakı səfirləri ilə görüşüb Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa Respublikası və Macarıstan Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.



Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak ediblər.



Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri