Bakı metrosunda özünü qatarın altına atan şəxsin Rusiya vətəndaşı olduğu məlum olub
- 05.09.2015, 14:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
***
Bakıda özünü metro qatarının altına atan şəxsin meyiti çıxarılaraq adiyyatı orqanlara təhvil verilib.
Bu barədə APA-ya məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazrıda metroda qatarların hərəkəti bərpa olunub.
***
Bakıda metroda bədbəxt hadisə baş verib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında bir nəfər hərəkət edən qatarın altına yıxılıb. N. Paşayev qatarın hərəkətinin dayandırıldığını, həmin şəxsin öldüyünü bildirib.
Hadisənin intihar olub-olmaması araşdırılır.