Azərbaycanlı dizayner İstanbulda “Yaz-Yay 2016” kolleksiyasını təqdim edib
- 05.09.2015, 15:37,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl özünün “Afffair” brendinin “Yaz-Yay 2016” kolleksiyasını təqdim edib.
Live.Az xəbər verir ki, dizayner bu kolleksiyanı oktyabrın 14-də İstanbulda da “Fashion week” çərçivəsində nümayiş etdirəcək.
“Bu şəhanə bir tədbir olacaq, dünyanın bir çox məhşur dizaynerləri bu tədbirə qatılacaq. Açılışda populyar türk müğənnisi ifa edəcək”– deyə R.İsmayıl bildirib.
Xatırladaq ki, Rüfət İsmayıl 2014-cü ildə Əli Benham Bəxtiyar ilə “Afffair” brendini dünyaya tanıdıb. Onun kolleksiyaları böyük uğurla İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.