Gəncədə qadın soyğunçuluğa məruz qalıb
- 04.06.2013, 19:09,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 47 yaşlı qadın yaşadığı binanın həyətində soyulub. APA-nın verdiyi məlumata görə Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İ. Mustafayeva polisə müraciət edərək bildirib ki, yaşadığı binanın arxasında naməlum şəxs ona yaxınlaşaraq boynunda olan 82 qramlıq qızıl boyunbağını qıraraq qaçıb.
Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.5 (soyğunçuluq) maddəsi ilə cinayət işi aşılıb. Soyğunçuluq törədən şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirilir.