Azərbaycan Dövlət Neft Şirkəti dünyanın ən iri konteyner limanının inşasını iki ilə başa çatdıracaq

Azərbaycan Dövlət Neft Şirkəti dünyanın ən iri konteyner limanının inşasını iki ilə başa çatdıracaq Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan «Petkim» şirkəti Türkiyədə konteyner limanının tikintisini iki ilə başa çatdıracaq.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib.



Onun sözlərinə görə, ARDNŞ hazırda Türkiyə iqtisadiyyatına ən böyük yatırım edən şirkətlərdəndir: «2008-ci ilin may ayında SOCAR Türkiyədə «Petkim» şirkətini alıb. Hazırda ARDNŞ Türkiyədə neft-kimya, enerji sektoruna böyük yatırımlar edir. Bundan başqa, ARDNŞ Türkiyədə TANAP layihəsi daxil olmaqla, 17 mlrd. dollarlıq yatırım həyata keçirir».



Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə ən böyük konteyner limanının inşasını həyata keçirir. Layihənin dəyəri 400 mln. dollar təşkil edir və bu, dünyanın ən böyük konteyner daşıyan limanı olacaq. «İki ildən sonra limanın tikintisi başa çatdırılacaq», - deyə K.Yavuz bildirib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri