Abid Şərifov: "Şəkidə zəlzələnin nəticələrinin aradan qaldırılmasına ilkin olaraq 2 milyon manat ayrılıb"
- 08.09.2015, 12:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb”.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.
A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”.