Azərbaycan müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri