Azərbaycanda böyük təndir inşa olunur
- 11.09.2015, 10:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.
APA-nın məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub. Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.
Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.
Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.