Azərbaycan prezidenti: “Ümumi telekanal türkdilli xalqlar arasında dostluğu möhkəmləndirməyə xidmət edəcək”

“Türkdilli dövlətlər üçün ümumi telekanal yaradılması hazırda reallaşdırılan yaxşı layihədir. Bu, türk xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək və informasiya siyasəti aparılmasına imkan verəcək”.

APA-nın “informburo.kz” saytına istinadən verdiyi xəbər görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində çıxışı zamanı deyib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də türk dövlətlərinin ümumi telekanalının yaradılmasının vacibliyini vurğulayıb: “Maliyyələşdirməyə gəlincə, Qazaxıstanda, Azərbaycanda və Qırğızıstanda biz bununla bağlı fond yaratmaq və türk dünyasının inkişafı üçün sponsorlar tapmaq üzərində düşünməliyik”.

N. Nazarbayevin sözlərinə görə, türkdilli dövlətlər ümumi informasiya məkanına malik olmalıdırlar: “Mən türk dünyası üçün ümumi informasiya məkanının olmasını vacib sayıram. Ona görə də türk telekanalı çox vacibdir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri