Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək
- 05.06.2013, 01:33,
- Texnologiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 8-də Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən (İB) bildiriblər.
İB-dən deyiblər ki, kompleks profilaktika ilə əlaqədar olaraq, rəqəmsal TV paketi və radionun yayımı saat 01:00-dan 07:00-dək dayandırılacaq.
Profilaktik işlər iki kateqoriyaya ayrılır: adi və kompleks.
Kompleks profilaktika bütün avadanlığın texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə üzləşməmək baxımından zəruri xarakter daşıyır. Belə ki, teleradio yayımı avadanlığı fasiləsiz olaraq 7/24 rejimində işləyir.