Hindistanda partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
- 13.09.2015, 00:43,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanın Madvya-Pradeş ştatında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə SkyNews telekanalı məlumat yayıb.
Məlumata görə, insident partladıcı qurğular üzrə mütəxəssis Rancendr Kasavanın yaşadığı evdə baş verib. Onun dağ rayonlarda quyuların qazılması prosesində partlayıcı maddələrin istifadəsinə icazə verən lisenziyaya malik olduğu bildirilir. Partlayış nəticəsində bina tamamilə uçub, qonşu binalara da ciddi zərər dəyib.
Polis partlayışın dağ-mədən işlərində istifadə olunan partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verdiyini bildirib.
Bundan əvvəl qa balonunun partlaması ehtimal olunurdu.