Avtoyuma məntəqəsində müəmmalı ölüm

Avtoyuma məntəqəsində müəmmalı ölüm Quba rayonunda yerləşən avtoyuma məntəqəsində meyit aşkarlanıb. Quba Rayon Prokurorluğunun müstəntiqi Elvin Nəbizadənin ANS-in verdiyi məlumata görə, Quba rayonu, IIi Nüqədi kənd sakini, 1987-ci il təvəllüdlü Orucov Rasim Ramiz oğlu işlədiyi avtoyuma məntəqəsində mismardan asılmış vəziyyətdə tapılıb.


E. Nəbizadənin sözlərinə görə, hadisənin hansı zəmində baş verdiyi hələlik istintaqa məlum deyil. Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda özünə qəsd maddəsilə cinayət işi açılıb. Araşdırma davam etdirilir.


Xatırladaq ki, R. Orucov iki gündür polislər tərəfindən axtarılırdı.
Şərhlər
Hadisə bölməsinin xəbərləri