Sabirabadda polis zabiti avtomobil qəzasında ölüb

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus "Opel Omega" avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri