Çexiya prezidenti: “Azərbaycanın “Şərq tərəfdaşlığı”ndan çıxması ilə bu proqram əsas komponentini itirmiş olar”

“Azərbaycanın bu günədək “Şərq tərəfdaşlığı”ndakı fəaliyyətini yüksək qiymətləndirirəm”.

APA-nın xəbərinə görə, bunu Çexiya prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfrasında deyib.

M. Zemanın sözlərinə görə, o, Avropa Parlamentinin qərarları və Milli Məclisin buna münasibəti ilə bağlı məlumatlandırılıb.

“Şərq tərəfdaşlığı” proqramının Avropa Parlamentinin bu mövqeyi ilə bağlılığı yoxdur. Bu təşəbbüs “Şərq tərəfdaşlığı” çərçivəsində müzakirə olunmayıb. “Şərq tərəfdaşlığı”nı faydalı mexanizm hesab edirəm. Azərbaycanın “Şərq tərəfdaşlığı”nda bu günədək olan fəaliyyətini, rolunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycanın “Şərq tərəfdaşlığı”ndan çıxması ilə “Şərq tərəfdaşlığı” əsas komponentini itirmiş olar”, - deyə o vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri