Dolçe və Gabbana həbs oluna bilərlər

Dünya şöhrətli dizaynerlər Domeniko Dolçe və Stefano Gabbana 2 il yarım müddətinə azadlıqdan məhrum olacaq. Geyim dizaynerləri vergidən yayınmaqda ittiham edilir.


ANS-in məlumatına görə, Dolçe və Gabbana 1 milyard dollar məbləğində qazancı rəsmi orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində kompensasiya da tələb edir. Hökmün yaxın günlərdə çıxarılacağı gözlənilir.


Xatırladaq ki, məşhur D&G brendinin yaradıcıları birinci dəfə deyil ki, vergidən yayınmaqda günahlandırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri