Aydın Əliyev: "Bu ilin 8 ayında fiziki şəxslər Azərbaycana 500 minə yaxın mobil telefon gətirib"
- 16.09.2015, 17:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur"
Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib.
APA-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A. Əliyevin sözlərinə görə, fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur: "Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".
Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb.