Balakəndə ər arvadını bıçaqlayıb

Balakəndə ər arvadını bıçaqlayıb.


Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, hadisə rayonun Hənifə kəndində baş verib. Belə ki, əslən Tərtər rayonundan olan 28 yaşlı Laçın Musayev bir neçə il əvvəl Balakəndə tanış olduğu 23 yaşlı Ülkərlə ailə həyatı qurub. Onların bu ailəlik həyatından iki uşaqları dünyaya gəlib. Son vaxtlar Laçın və Ülkər arasındakı ailədaxili mübahisələr artaraq münaqişəyə çevrilib. Ülkər iki uşağını Tərtərdə ər evində qoyaraq Balakən rayonunun Hənifə kəndinə, ata evinə qayıdıb və boşanma barədə ərizə verib. Ülkərin atdığı bu addım əri Laçın tərəfindən qısqanclıq və hiddətlə qarşılanıb. Laçın Balakənin Hənifə kəndinə gələrək Ülkərlə yenidən danışmaq istəyib. Son anda evə gizli yolla daxil olan Laçın həyət yoldaşının döş qəfəsinə bir dəfə bıçaq zərbəsi vurub. Ülkər Musayeva döş qəfəsinin kəsilmiş və deşilmiş dioqnozu ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.



Laçın Musayev saxlanılıb, istintaqa verdiyi ilkin ifadəsində o tutduğu əməldən peşmançılıq hissi keçirdiyini etiraf edib.



Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Hazırda hadisənin təfərrüatları istintaq qrupu tərəfindən araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri