Avropa Liqası: “Tottenhem” – “Qarabağ” - 3:1

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib.

APA-nın məlumatına görə, təmilçimiz “Qarabağ” da bu mərhələdə ilk oyununa çıxıb.

Çempionumuz Londonda “Tottenhem”in qonağı olub. Matça təmsilçimiz sürətli başlayıb. Bunun nəticəsində isə erkən qola sevindik. Qarşılaşmanın 7-ci dəqiqəsində Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirdi.

Ancaq bu qoldan sonra hücumları artıran londonlular 20 dəqiqə sonra cavab qolunu, bundan bir dəqiqə sonra isə 2-ci qolu ağdamlıların qapısından keçirdi. Hər iki halda koreyalı hücumçu Son fərqləndi.

Oyunun sonlarında isə Erik Lamela matçda son nöqtəni qoyaraq nəticəni elan etdi.

UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr

“Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 3:1
Qol: Son, 28, 29, Lamela, 87 - Almeyda, 6

London. “Uayt Hart Leyn”. Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)
Şərhlər
İdman bölməsinin xəbərləri