Günay Musayeva: Adımın onunla hallandırılmasını istəmirəm
- 19.09.2015, 18:02,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2011-ci ildə türkiyəli aktyor Tolqa Karellə ailə quran azərbaycanlı model Günay Musayeva ötən gün rəsmi şəkildə boşandığını açıqlayıb.
Model bu haqda sosial şəbəkədə məlumat verib:
“29.08.2011 tarixində ailə qurduğum Tolqa Karellə ailə həyatımızın təməlinin sarsılıb çökməsi səbəbindən qarşılıqlı razılaşma əsasında Şile Ailə Məhkəməsinin verdiyi qərarla boşanmışam. Uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan hüquqi müddət içərisində uşağımın xətri üçün, xarakterimdən irəli gələn güclə, səbrlə gözlədim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı kimi oğlum Cihangir Candır. Bu tarixədək bioloji atasının uşaqla maraqlandığı istiqamətində yayılan əsassız xəbərlərə görə, təəssüf ki, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə maraqlanacağına ümid edirəm. Bundan sonra adımın heç bir şəkildə Tolqa Karellə hallandırılmasını istəmirəm.
Sonuncu dəfə bildirmək istəyirəm ki, qarşı tərəfdən yüksək miqdarda təzminat almağımla bağlı yayılan xəbərlər də doğru deyil. Təhsil və tibbi ehtiyaclarının ödənilməsi üçün qarşı tərəfin uşağa ödəməli olduğu alimentin dəyəri 500 lirədir”.