Con Kerri: “ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir”
- 05.06.2013, 10:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.
APA-nın ABŞ Dövlət Departamentinə istinadən xəbərinə görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini və bir sıra regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
C.Kerri deyib ki, Ermənistan bir sıra məsələlər üzrə ABŞ-ın tərəfdaş ölkəsidir: “Massaçusets ştatında çoxlu sayda ermənilər yaşayır və mənim dostlarım arasında da erməni icmasının xeyli nümayəndəsi var”.
Dövlət katibi bildirib ki, ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də dondurulmuş Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin hər zaman dirəndiyi və təhlükəli olan dalanı keçmək üçün mütləq həll yolu tapılmalıdır”.