Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır
- 21.09.2015, 22:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi SOCAR-ın nümayəndəsinə istinadən xəbər verir.
Nümayəndənin sözlərinə görə, 2016-cı ildə təqribən 40 milyon ton neft və 30 milyard kubmetr qaz hasilatı planlaşdırılır: "Bu, cari il üçün planlaşdırdığımız səviyyəyə bərabərdir".
Qeyd edək ki, bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır.