Azərbaycan paytaxtında qadın mənzildən 50 min manat və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
- 22.09.2015, 12:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.
Faktla bağlı araşdırma aparılır.