Azərbaycanda inkassator maşını qəzaya düşüb
- 23.09.2015, 13:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.