Məkkədə izdiham nəticəsində 150 nəfər ölüb

Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 150 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.

x x x

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır. Hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır.

İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri