İranın ali dini lideri Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb
- 25.09.2015, 12:00,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın ali dini lideri Əli Xamenei Məkkədə Qurban Bayramı günü baş vermiş faciəyə görə Səudiyyə Ərəbistanının hakimiyyətini günahlandırıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.
“Səudiyyə Ərəbistanı hökuməti bu faciəli insidentə görə məsuliyyəti öz üzərinə götürməlidir... Faciəyə səbəb qeyri-səmərəli və bədəməl hərəkətlər olub”, deyə ayətullahın bəyanatında bildirilir.
Qeyd edək ki, ötən gün Məkkə yaxınlığında izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.