Ağ Ev: Obama Putini İŞİD-ə qarşı mübarizədə koalisiyaya qoşulmağı təklif edəcək

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı rusiyalı həmkarını İŞİD-ə qarşı mübarizədə koalisiyaya qoşulmağı təklif edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi Coş Ernest bildirib.

“Prezident Obama həmkarı Putini Rusiyanın da İŞİD-ə qarşı 60-dan çox ölkənin qatıldığı mübarizəyə konstruktiv tövhə verməyə çağıracaq”, deyə Ernest qeyd edib.

Onun sözlərinə görə, Putin-Obama görüşü Suriya ilə bağlı Rusiya və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Kreml və Ağ Ev bundan əvvəl BMT Baş Assambleyası çərçivəsində Putin və Obama arasında gələn həftə görüşün baş tutacağını bildiriblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri