Bundestaq üzvü: BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, sülh danışıqlarının əsası yoxdur
- 05.06.2013, 13:36,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etidiyi qətnamələrini dəstəkləyir, Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber bildirib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.
Tauber qeyd edib ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün çağırışlar edib: Bu çağırışa Avropa İttifaqı və ATƏT də qoşulub".
Tauber vurğulayıb ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir. Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir:
"Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır".
Tauber qeyd edib ki, gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır.
Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur.