Bakıda 32 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb
- 26.09.2015, 20:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda intihar hadisəsi baş verib.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində İlham Məmmədov, 15 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.