Şəmkirdə tibb bacısı həkimi bıçaqlayıb
- 27.09.2015, 02:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında qeydə alınıb. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.