Kral Həcc zamanı baş vermiş faciə ilə bağlı üç nəfəri vəzifədən azad edib

Səudiyyə Ərəbistanının Kralı Selman bin Əbdüləziz bu il Həcc mərasimi zamanı baş vermiş faciə ilə əlaqədar bir neçə şəxsi vəzifəsindən azad edib.

APA-nın xəbərinə görə, kral Həcc işləri üzrə nazir Bender bin Məhəmməd əl-Hacar, Məkkənin bələdiyyə başqanı Usamə Fadl Əl Barr və şəhərin polis rəisini vəzifəsindən azad edib.

Qeyd edək ki, bu il sentyabrın 24-də Həcc ziyarətinə getmiş zəvvarların Mina dağında “şeytan daşlama” mərasimi zamanı yaranmış izdihamda 769 nəfər ölüb, minə qədər insan xəsarət alıb.

Hadisə ilə bağlı Kralı Selman bin Əbdüləzizin göstərişi ilə araşdırma başladılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri