Nyu-Yorkda Rusiya xarici işlər naziri ilə Minsk Qrupu həmsədrləri arasında görüş keçirilib


Həmsədrlər Sergey Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə APA-nın Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) qəbul edib. Görüşə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Həmsədrlər S. Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri